Parmezan pendiri (it. Parmigiano Reggiano) — ilk dəfə İtaliyada hazırlanan bərk pendir növü. Pendir ağ və ya açıq sarı rəngdə olub, çox quru və az yağlıdır. Çox zaman müxtəlif salatların və pizzaların hazırlanmasında istifadə olunur.
Parmezan pendiri yağsız inək südündən hazırlanır.