Paulo Dibala | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Paulo Dybala | |||||||||||||||||||||||||||||||
![]() Paulo Dibala 2015-ci ildə | |||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Paulo Bruno Ezekiel Dibala[1] | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Laquna Larqa, Argentina | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 177[2] | ||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq[3] | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||||||||||||||
Nömrəsi | 21 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
![]() |
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[4][5][…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusu.
Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi.
Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar.[6]