Personennamendatei (PND) — əsasən kitabxanalar üçün nəzərdə tutulmuş şəxsiyyətlərin təsnifatı və sistemləşdirilməsinin alman sistemi. PND 1995-1998-ci illərdə yaradılmış və Almaniya Milli Kitabxanası tərəfindən nəşr edilmişdir. Hər bir şəxs üçün onun adı, doğum tarixi və məşğuliyyəti haqqında məlumatlar saxlanılır, həmçinin hər bir şəxsə PND identifikasiya nömrəsi verilir.