Pilot (Breaking Bad)

"Pilot"
ing. Pilot
Seriya nömrəsi Mövsüm 1
Seriya 1
Rejissor Vins Qilliqan
Ssenarist Vins Qilliqan
Prodüser Karen Mur
Operator Con Toll
İlk efir tarixi 20 yanvar 2008-ci il
Vaxt 58 dəq.
Qonaq aktyorlar
  • Max Arciniega — Krazy-8
  • John Koyama — Emilio Koyama
  • Steven Michael Quezada — Steven Gomez
  • Marius Stan — Bogdan Wolynetz
  • Carmen Serano — Carmen Molina
Seriya xronologiyası
← Əvvəlki
Sonrakı →
"Torbadakı pişik..."
Breaking Bad 1-ci mövsüm

"Pilot" (DVDBlu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır.

Epizodda orta məktəbdə kimya müəllimi çalışan Volter Vayt 50-ci ad gününü ertəsi sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, əvvəlcə diaqnozunu arvad-uşağından gizli saxlayır. Volter bacanağı DEA agenti Henk Şreyderə zəng vurur, onun keçən gün qonaqlıda təklif etdiyi anti-narkotik əməliyyatında iştirak etməyə razılaşır. Maşında əyləşib basqını seyr edərkən evin pəncərəsindən çıxıb qaçan keçmiş şagirdi Cessi Pinkman gözünə dəyir. Həmin gün o, Cessini tapmağı bacarır və onu şantaj edir ki, RV-də metamfetamin bişirməkdə ortağı olsun.

Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü. Bununla yanaşı epizodun rejissoru Vins Qilliqan "Görkəmli Rejissor" mükafatına namizədlik əldə etdi.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne