PinkPantheress | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 aprel 2001[1] (23 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], musiqi prodüseri, müğənni, musiqiçi, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 2020-ci ildən |
Janrlar | pop musiqisi, bedrum pop[d], rəqs musiqisi[d], alternativ pop[d] |
Albom şirkətləri | Parlophone |
pantheress.pink | |
![]() |
PinkPantheress (əsl adı: Viktoriya Beverli Volker; 18 aprel 2001[1], Bat, Cənub-Qərbi İngiltərə[d]) — İngiltərə müğənnisi, musiqi prodüseri. Onun mahnıları çox vaxt qısa olur, yığcam və cəlbedici melodiyaları ilə dinləyicilərin diqqətini çəkir. O, 1990 və 2000-ci illərin musiqisindən ilham alaraq, bu dövrlərə aid olan semplləri öz bəstələrinə daxil edir.
PinkPantheress 2021-ci ildə Londonda universitetdə tələbə olarkən öz mahnılarını məşhur sosial media platforması olan TikTok-a yerləşdirməyə başlayıb. Onun paylaşdığı bəzi mahnılar, o cümlədən "Break It Off" mahnısı bu tətbiqdə viral olmuşdur. Mahnının uğuru Parlophone və Elektra Records şirkətlərinin diqqətini çəkib. PinkPantheress hər iki şirkətlə müqavilə bağlamağa razı olub. O, 2021-ci ildə debüt miksteypi olan "To Hell with It"-i çıxarıb. Miksteypdən olan sinqllar "Just for Me" və "Pain" UK Singles Chart çartında ilk 40-lığa daxil olmuş və sonralar Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən gümüş sertifikat almışdır. Müğənni 2022-ci ildə BBC-nin tərtib etdiyi "2022-ci ilin səsi" sorğusunda qalib gəlmişdir. Həmin il yayımladığı "Boy's a Liar" mahnısı Böyük Britaniyanın musiqi çartlarında ikinci pilləyə çatıb. Sözügedən mahnının ABŞ repçisi Ice Spice-nin iştirak etdiyi remiksi növbəti il 2023-cü ildə ABŞ-də populyarlıq qazanaraq, Billboard Hot 100 çartlarında 3-cü mövqeyə yüksəlib. PinkPantheress-in debüt studiya albomu olan "Heaven Knows" 2023-cü ildə yayımlanıb.