Playboi Carti | |
---|---|
ing. Jordan Terrell Carter | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jordan Terrell Carter |
Ləqəbi | Playboi Carti |
Doğum tarixi | 13 sentyabr 1995[1][2][…] (29 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Partnyorları |
İqqi Azaliya (2018–2020) Brandi Marion (2020–) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2011-ci ildən |
Janrlar | hip-hop[d], trep, klaud rep[d], rage rap[d], pank rep[d], alternativ hip-hop, eksperimental hip-hop[d] |
Albom şirkətləri | Interscope Records, AWGE Records[d], GOOD Music[d] |
playboicarti.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[1][2][…], Atlanta[2]) — amerikalı repçi, müğənni-mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi sayəsində diqqətləri cəlb edib.[3] Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 çartına daxil olub.
Onun 2018-ci ildə buraxdığı debüt albomu olan "Die Lit" dinləyicilər tərəfindən müsbət qarşılanıb. Bu albom kommersiya uğuru göstərib. ABŞ-nin Billboard 200 albomlar çartında üçüncü pilləyə yüksəlmişdir.[4] Carti iki illik fasilədən sonra 2020-ci ildə "Whole Lotta Red" adlanan yeni albomu ilə ilə geri qayıdış edib. Sözügedən albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 çartında birinci yerə çatıb. O, uzun müddətdir gözlənilən "I Am Music"i 2024-cü ildə buraxmağı planlaşdırır.[5]
Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib. Bu şirkətlə müqavilə bağlayan repçilər Ken Carson, Destroy Lonely və Homixide Gang-dır.[6]