Pol Biya | |
---|---|
fr. Paul Barthélemy Biya'a bi Mvondo | |
6 noyabr 1982 – h.h | |
Əvvəlki | Əhmədu Əhidyo |
Kamerun Respublikasının Baş naziri | |
30 iyun 1975 – 6 noyabr 1982 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Bello Buba Mayqari |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mvomekaa, Fransa Kamerunu (Kamerun) |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
Janna-İren Biya (1961–1992) Shantal Viquru (1994–h.h) |
Dini | katolisizm |
prc.cm | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933[1][2], Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi.[3]
Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi.[4]
Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır.
Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı. Müxalifət və qərb dövlətləri səsvermədə qanun pozuntuları və saxtakarlıqlar aşkar etdiklərini iddia etdi. Bir çox müstəqil mənbələr onun 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlmədiyini və sonrakı seçkilərin saxtakarlıqla qazanıldığını yazdı.[5]
Biya Kamerunun keçmiş müstəmləkəçilərindən biri olan Fransa ilə Kamerunun sıx münasibətlərini qoruyub saxladı.