Poli Genova

Poli Genova
bolq. Поли Генова
Poli Genova 2016-cı ildə
Poli Genova 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Poli Plamenova Genova
bolq. Поли Пламенова Генова
Doğum tarixi (38 yaş)
Doğum yeri Sofiya, Bolqarıstan
Vətəndaşlığı  Bolqarıstan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, aktrisa, aparıcı
Fəaliyyət illəri 1991–h.h.
Janr pop
Musiqi alətləri klarnet
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli GenovaBolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır.

Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır.

Genova eyni zamanda Bolqarıstanın The VoiceThe X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne