Porsche 911

Porşe 911
Ümumi məlumatlar
İstehsalçı Porşe
İstehsal ili 1964–1989
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur.

İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne