Postmedia Network | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | kütləvi informasiya vasitələri |
Məhsulu | qəzet |
Təsis tarixi | 2010 |
Baş qərargahın yeri | |
postmedia.com | |
![]() |
"Postmedia Network Canada Corp."[1] (həmçinin "Postmedia Network", "Postmedia News" və ya "Postmedia") — Kanada media konqlomeratı. Şirkət qəzet nəşri, xəbərlərin toplanması və internet əməliyyatları ilə məşğul olur.[2] "National Post" və "Financial Post" nəşrlərinin sahibi olması faktı ilə tanınır.
Şirkətin strategiyası səbəbindən "Postmedia Network" öz nəşrlərinin rəqəmsal xəbərlərin toplanması və yayılmasına, o cümlədən genişləndirilmiş vebsaytlar, smartfonlar və planşetlər üçün rəqəmsal xəbər proqramlarına daha çox vəsait sərf etməsinə gətirib çıxarmışdır.[3] Bu, 2014-cü ildə fəaliyyətə başlamış "Ottawa Citizen"in yenidən təşkili və tərtibi ilə başlamışdır.[4]
"Postmedia"nın 66%-i hal-hazırda ABŞ media konqlomeratı "Chatham Asset Management"ə məxsusdur.[5]