Posolok (ru: Посёлок) qəsəbə deməkdir - Rusiya, Belarusiya, Ukrayna dövlətlərində istifadə edilən inzibati yaşayış məntəqəsi vahidi. İdarəetmə baxımından, inzibati bölgülərdə rayondan daha kiçik bir yaşayış məntəqəsidir. Azərbaycanca qəsəbəyə idarəetmə və yaşayış məntəqəsi baxımından çox yaxındır.
Tatarcaya Fars dilindən daxil olan biste sözü də eyni mənanı daşıyır. Fars dilində best “yurd”, ”hücum edilib əldə edilən yer” mənasını verir.