Prezervativ
Prezervativ(fr. préservatif , lat. praeservo — "qorunuram"), bəzən kondom (fr. condom ) — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru.[ 1] Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur.[ 2] Prezervativlər qonoreya , xlamidiya , trixomoniaz , hepatit B və QİÇS -in risklərini xeyli azaldır.[ 1] Prezervativ az olsa da, genital herpes , insan papilloma virusu və sifilisin risklərini azaldır.[ 1]
Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564 -cü ildən bəri istifadə olunur.[ 1] Kauçuk prezervativlər 1855 -ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır.[ 3] [ 4] Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.[ 5]
↑ 1 2 3 4 Hatcher, Robert Anthony; M.D, Anita L. Nelson. Contraceptive Technology (ingilis) . Ardent Media. 2007. 297–311. ISBN 9781597080019 . 2017-09-18 tarixində arxivləşdirilib .
↑ World Health Organization . Stuart MC, Kouimtzi M, Hill SR (redaktorlar ). WHO Model Formulary 2008 . World Health Organization. 2009. səh. 372 . hdl :10665/44053 . ISBN 9789241547659 .
↑ Allen, Michael J. The Anthem Anthology of Victorian Sonnets (ingilis) . Anthem Press. 2011. səh. 51. ISBN 9781843318484 .
↑ McKibbin, Ross. Classes and Cultures: England 1918–1951 (ingilis) . Oxford University Press. 2000. səh. 305. ISBN 9780198208556 .
↑ Hermann, Henry R. Dominance and Aggression in Humans and Other Animals: The Great Game of Life (ingilis) . Academic Press. 2016. ISBN 9780128092958 .