Proksemika (ing. proximity - yaxınlıq sözündəndir) və ya şəxsi məkan — ünsiyyətin məkan və zaman işarələri sistemini öyrənən sosial psixologiya və semiotikanın sahəsi.
Xüsusi işarə sistemi kimi çıxış edərək, ünsiyyət prosesinin təşkili məkanı və vaxtını kommunikativ vəziyyətin tərkib hissəsi olmaqla semantik yük daşıyır.
Proksemika kommunikatorlar arasındakı məsafəni öyrənir, onlar arasında ünsiyyətin xarakteri, onların emosional vəziyyəti və ünsiyyətin sosial-mədəni xüsusiyyətləri haqqında məlumat daşıyır[1].