Prokseniya (q.yun. προξενία) — Qədim Yunanıstanda beynəlxalq hüquq təsisatı, ictimai qonaqpərəstlik. Qanunlara görə, şəhər tərəfindən seçilən vətəndaş müqabilində dövlətdən fəxri titullaq almaq şərti ilə öz hesabına xarici səfirləri qonaq edirdi. Bu vətəndaşlar proksenlər (q.yun. πρόξενος; mənası – "əcnəbi əvəzi") adlandırılırdı.