Psycho-Pass | |
![]() Anime serialının posteri. | |
PSYCHO-PASS サイコパス (Saiko Pasu) azərb. Psixopasport | |
---|---|
Janr | antiutopiya, cinayət trilleri, kiberpank[1][2] |
Anime | |
Rejissor | Naoyoşi Şiotani Katsuyuki Motohiro |
Prodüsser | Koci Yamamoto (baş) Qeorqe Vada Kenci Tobori Vakana Okamura |
Ssenarist | Qen Urobuçi |
Bəstəkar | Yuqo Kanno |
Studiya | Production I.G |
Digər lisenziyalar | |
Kanal | Fuji TV (Noitamina) |
Buraxılış tarixi | 12 oktyabr 2012 – 22 mart 2013 |
Seriyalar | 22 (seriya siyahısı) |
Manqa | |
Inspector Akane Tsunemori | |
Yazıçı | Hikaru Miyoşi |
Nəşriyyat | Shueisha |
Jurnal | Jump Square |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2 noyabr 2012 – 4 oktyabr 2014 |
Cildlər | 6 (cild siyahısı) |
Manqa | |
Manqaka | Makoto Fukami |
Nəşriyyat | Mag Garden |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 4 fevral 2013 – 4 aprel 2013 |
Cildlər | 2 |
Manqa | |
Inspector Shinya Kogami | |
Yazıçı | Midori Qoto |
Rəssam | Natsuo Say |
Nəşriyyat | Mag Garden |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Monthly Comic Blade |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 30 iyun 2014 – hazırda |
Cildlər | 6 (cild siyahısı) |
Anime | |
Psycho-Pass 2 | |
Rejissor | Naoyoşi Şiotani Kiyotaka Suzuki |
Prodüsser | Koci Yamamoto (baş) Akitoşi Mori Masaya Sayto Fumi Morihiro Kenci Tobori Qeorqe Vada |
Ssenarist | To Ubukata |
Bəstəkar | Yuqo Kanno |
Studiya | Tatsunoko Production |
Digər lisenziyalar | |
Kanal | Fuji TV (Noitamina) |
Buraxılış tarixi | 10 oktyabr 2014 – 19 dekabr 2014 |
Seriyalar | 11 (seriya siyahısı) |
Anime | |
Psycho-Pass 3 | |
Rejissor | Naoyoşi Şiotani |
Studiya | Production I.G |
Kanal | Fuji TV (Noitamina) |
Buraxılış tarixi | oktyabr 2019 – planlaşdırılır |
Anime filmləri | |
|
Psycho-Pass (サイコパス, Saiko Pasu?, azərb. Psixopasport) – Production I.G studiyası tərəfindən istehsal olunmuş kiberpank və cinayət trilleri anime serialı. Rejissorları Naoyoşi Şiotani və Katsuyuki Motohiro, ssenaristi Qen Urobuçi, personaj dizayneri Akira Amano, bəstəkarı Yuqo Kannodur. Personajları səsləndirən orijinal heyətə Kana Hanazava (Akane Tsunemori), Tomokazu Seki (Şinya Koqami) və Takahiro Sakuray (Şoqo Makişima) daxildirlər. Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV telekanalının NoitaminA veriliş blokunda yayımlanmışdır. 2014-cü ildə ikinci mövsümü, 2015-ci ildə anime filmi buraxılmışdır. 2019-cu ildə yığma film trilogiyası buraxılmağa başlamışdır. Üçüncü mövsümü anons edilmişdir.
Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Göstəricilərin qiyməti həddən çox yüksək qeydə alınanda məsul şəxslər bundan xəbərdar olurlar və İctimai Təhlükəsizlik Bürosunun rəsmiləri dərhal hadisə yerinə göndərilirlər. Rəsmilər "Hökmdarlar" adlandırılan və qarşısındakı şəxsin psixopasportuna əsaslanaraq gücünü tənzimləyən enerji tapançaları daşıyırlar. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir.
"Psycho-Pass" animesi Production I.G studiyasının Mamoru Oşiinin uğurlarının davamını gətirmək marağından doğmuşdur. Anime serialı bir neçə filmdən ilhamlanmışdır. Baş rejissor Katsuyuki Motohiro antiutopik hekayədən istifadə edərək cəmiyyətin gəncliyindəki psixoloji mövzulara toxunmaq istəmişdir. "Psycho-Pass" bir çox kitab və filmdən təsirlənmişdir. Bunlardan ən önəmlisi 1982-ci ildə istehsalı "Ülgücün üzəri ilə qaçan" elmi fantastika filmidir.
Anime serialı Madman Entertainment, Funimation və Manga Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 2014-cü ilin oktyabrından dekabrına kimi anime serialının ikinci mövsümü yayımlanmışdır. 2015-ci ilin yanvarında anime filmi adaptasiyası buraxılmışdır. 2018-ci ilin martında "Psycho-Pass: Sinners of the System" adlı film trilogiyası anons edilmişdir. Trilogiyanın 2019-cu ilin yanvarında buraxılması planlaşdırılır. İki manqa adaptasiyası və bir neçə ranobe (orijinal adaptasiya və prikvel) nəşr olunmuşdur. Nitroplus Staffers tərəfindən Production I.G ilə birlikdə "Chimi Chara Psycho-Pass" adlı epizodik videooyun adaptasiyası istehsal olunmuşdur.
Birinci anime serialı "Psycho-Pass" həm Yaponiyada, həm Qərbdə müsbət tənqidlər almışdır. Tənqidçilər personajların antiutopik dünyadakı rollarını və qarşılıqlı ünsiyyətlərini bəyənmişdirlər. Bəzi qüsurlara görə son seriyaların DVD cildlərində düzəldilməsinə baxmayaraq, animasiya da çox bəyənilmişdir, Digər tərəfdən ikinci mövsümü "Psycho-Pass 2" qanlı səhnələrin çox istifadəsinə və yeni cinayətkarına görə müxtəlif rəylər almışdır.
<ref>
teqi; kotaku
adlı istinad üçün mətn göstərilməyib