Putorana | |
---|---|
Путорана | |
![]() Putorana yaylası. Çəkiliş NASA-nındır. | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1701 m |
Hündür nöqtəsi | Kamen dağı |
Yerləşməsi | |
69° şm. e. 93° ş. u.HGYO | |
Ölkə |
![]() |
![]() |
Putorana — Orta Sibir yaylasının şimalında yerləşən, güclü şəkildə parçalanmış dağ massivi.
Platonun şimal və qərb hissəsi üçün hündürlüyü 800 m olan sərt sıldırımlı zirvələr hakim olduğu halda cənub hissəsi hamar təpəli yamaclara sahibdir. Platonun maksimal hündürlüyü 1701 metrdir. Hündür zirvələri: Kamen dağı (1701 m), Xolokit (1542 m), Kotuyskaya (1510 m). plato şimaldan taymır yarıması ilə sərhədlənir. Putarana sözü evenk dilindən tərcümədə «sıldırımlı sahilləri olan göl» mənasını verir..
Platonun ümumi sahəsi 250 min km²-dir (Böyük Britaniyanın ərazisinə bərabərdir).
Plato ərazisində yerləşən Putorana qoruğu 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[1].
İnzibati cəhətdən plato Krasnoyarsk diyarının Taymır və Evenk rayonları ərazisinə daxildir. Ən yaxın iri yaşayış məntəqəsi Norilsk şəhəridir.