QS World University Rankings

QS World University Rankings
Loqonun şəkli
Təsis tarixi 2004
Ölkə
Dil ingilis dili
topuniversities.com

"QS World University Rankings" — dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.[1]

QS-in reytinq portfeli genişləndirilərək QS Dünya Universitet Reytinqləri, QS Fənlər üzrə Dünya Universitet Reytinqləri, dörd regional reytinq cədvəli (o cümlədən Asiya, Latın Amerikası və Karib Hövzəsi, Avropa və Ərəb Regionu), bir neçə MBA reytinqi və QS Ən Yaxşı Tələbə Şəhərləri Reytinqlərindən ibarət olmuşdur. 2022-ci ildə QS "QS World University Rankings: Sustainability" (Davamlılıq üzrə QS Dünya Universitet Reytinqləri), 2023-cü ildə isə "QS World University Rankings: Europe" (Avropa üzrə QS Dünya Universitet Reytinqləri) layihələrini təqdim etmişdir.[2]

Bu reytinqlər növbəti akademik il üçün universitetlərin fəaliyyətini əks etdirmək və qiymətləndirmək məqsədilə hazırlanır. Buna görə də adətən tərtib edildiyi ildən sonrakı ilin tarixi ilə adlandırılır.

QS reytinqləri, "Academic Ranking of World Universities" (Dünya Universitetlərinin Akademik Reytinqləri) və "Times Higher Education World University Rankings" ilə birlikdə dünyanın ən çox oxunan universitet reytinqlərindən biri hesab olunur.[3] Alexa Internet məlumatına görə, QS-in reytinqləri dünyada ən çox baxılan universitet reytinq sistemidir.[4]

  1. Lamiyə Əliyeva, Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 26. noyabr 2010, № 46.  (az.)
  2. "Asian University Rankings – QS Asian University Rankings vs. QS World University Rankings™". 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10. The methodology differs somewhat from that used for the QS World University Rankings...
  3. "topuniversities.com Competitive Analysis, Marketing Mix and Traffic – Alexa". 2020-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
  4. "University rankings: which world university rankings should we trust?". The Telegraph. 2015. 2015-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2015. It is a remarkably stable list, relying on long-term factors such as the number of Nobel Prize-winners a university has produced, and number of articles published in Nature and Science journals. But with this narrow focus comes drawbacks. China's priority was for its universities to "catch up" on hard scientific research. So if you're looking for raw research power, it's the list for you. If you're a humanities student, or more interested in teaching quality? Not so much.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne