Şahıntopun hərəkəti ilə tamamlanmış hərəkəti qalaqurma adlanır[1]. Bu, şah üçün bir gediş sayılır. Əgər şah və top qalaqurmaya qədər hərəkət edibsə, onda qalaqurma etmək olmaz.
Qalaqurma aşağıdakı vəziyyətdə müvəqqəti olaraq mümkün deyil:
a) Şahın olduğu xana və ya keçmək istədiyi xana rəqib fiqurunun zərbəsi altındadırsa;
b) Şah və top arasında digər fiqurlar varsa;
c) Şah verilmişsə. Rəqib fiqur şah verdikdə qalaqurma rəqibin şah verməsindən qurtulanadək olarak gerçəkləştirilə bilməz. Əgər şahdan qurtulmaq üçün şah fiqurunun özü hərəkət etmişsə, bu zaman artıq qalaqurma etmək mümkün deyildir.