Qaraqalpaq dili | |
---|---|
Orijinal adı | Qaraqalpaq tili, Қарақалпақ тили |
Ölkələr |
Özbəkistan Qazaxıstan Əfqanıstan Rusiya – 867 (2010)[1] |
Region | Qaraqalpaqıstan |
Rəsmi status | Qaraqalpaqıstan |
Tənzimləyən təşkilat | Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutu |
Danışanların ümumi sayı | 412 000 nəfər (1993) |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | latın əlifbası, kiril əlifbası (Qaraqalpaq yazısı) |
Dil kodları | |
QOST 7.75–97 | кал 275 |
ISO 639-1 | — |
ISO 639-2 | kaa |
ISO 639-3 | kaa |
Dilin strukturlarının dünya atlası | kkp |
Ethnologue | kaa |
IETF | kaa |
Glottolog | kara1467 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir.
Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir.
Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır.
Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.