Qazprom arena | |
---|---|
![]() | |
![]() | |
Qeyri-rəsmi adı | Krestovski Stadionu |
Yeri | Krestovski adası, Sankt-Peterburq, Rusiya |
Təməli qoyulub | 2007 |
Açılış tarixi | 2017 |
Tikinti xərcləri |
48 milyard rubl 653 milyon € 1,1 milyard $ |
Memar | Kisyo Kurokava |
Sahibi | Sankt-Peterburq şəhər administrasiyası |
Tamaşaçı tutumu | 64468 (2018 FİFA Dünya Kuboku)[1] |
Ev sahibi komanda | Zenit Sankt-Peterburq FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Rəsmi saytı | |
![]() |
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı..[2] Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı.,[3] Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi.[4] Stadion 67000 tamaşaçı tutumuna malikdir.[5]
1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı.[6]