Queen

Queen
Loqonun şəkli
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan Mey və Con Dikon
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan MeyCon Dikon
Əsas məlumatlar
Üslub rok
Fəaliyyət illəri 1970-indiyədək
Ölkə  Böyük Britaniya
Şəhər London
Dil ingilis dili
Leybl EMI  • Parlophone  • Elektra  • Capitol Hollywood  • Island  • Virgin EMI
Heyət Freddi Merkyuri
Brayan Mey
Rocer Teylor
Con Dikon
Keçmiş üzvlər Mayk Qros
Berri Mitçell
Douq Boqi
Əlaqəli layihələr Queen + Paul Rodgers  • Queen + Adam Lambert
queenonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Queenİngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer TeylorFreddi Merkyuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rokhevi metal tərzlərindən ilham alsa da, daha sonra radio yayım formatlı pop rokarena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər.

Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır. "A Night at the Opera" albomunda yayımlanan "Bohemian Rhapsody" adlı mahnı musiqi video formatını populyarlaşdırmış və doqquz həftə Böyük Britaniya hit-paradlarında bir nömrədə qalmışdır. 1977-ci ildə çıxan "News of the World" albomunda idman tədbirlərində himnlərə çevrilən "We Will Rock You" və "We Are the Champions" kimi mahnılar yer almışdır. 1980-ci illərin əvvəllərində Queen dünyanın ən böyük stadion rok qruplarından birinə çevrilmişdir. 1980-ci ildə buraxdıqları "The Game" adlı albomundan "Another One Bites the Dust" adlı mahnısı onların ən çox satılan sinqllarından biri olmuş və 1981-ci ildə buraxılan "Greatest Hits" kompilyasiya albomu Birləşmiş Krallıqda ən çox satılan albom olmuş və Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən on doqquzuncu yerdə qərarlaşmışdır. Onların 1985-ci ildə Live Aid konsertindəki çıxışı rok musiqisi tarixinin ən böyük çıxışlarından biri hesab olunur. 1986-cı ilin avqust ayında Merkyuri Queen qrupu ilə birlikdə İngiltərədəki Knebvvortda son dəfə çıxış etmişdir.

Merkyuriyə 1987-ci ildə QİÇS diaqnozu qoyulanda şəxsi həyatını davam etdirsə də, Queen 1989-cu ildə "The Miracle" və 1991-ci ildə "Innuendo" adlı daha iki albom buraxmışdır. Merkyuri 1991-ci ildə QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etməzdən əvvəl 23 noyabr 1991-ci ildə QİÇS xəstəliyinə tutulduğunu açıq elan etmişdir. Daha sonra Merkyurinin vokal səsyazmalarından ibarət "Made in Heaven" adlı albomu 1995-ci ildə işıq üzü görmüşdür. Dikon 1997-ci ildə təqaüdə çıxmış, Mey və Teylor 2004-cü ildən Pol RocersAdam Lambert ilə birlikdə "Queen +" adı altında qastrol səfərlərinə davam etmişdir.

1999-cu ildə Channel 4 tərəfindən keçirilən "Music of the Millenium" sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır.

Qrup, həmçinin "Flash Gordon""Highlander" filmlərinin mahnılarını hazırlamış, bundan əlavə "Ueynin Dünyası" filmində Queen qrupunun məşhur "Bohemian Rhapsody" adlı mahnısından istifadə edilmişdir.

Queen 250 milyondan 300 milyona qədər nüsxə sataraq dünyanın ən çox albom satan musiqi qruplarından birinə çevrilmişdir. 1990-cı ildə Queen Britaniya musiqisinə görkəmli töhfələrinə görə "Brit" mükafatına layiq görülmüşdür. 2001-ci ildə onlar Rok-n-roll şöhrət zalına, 2003-cü ildə isə dörd üzv hit sinql bəstələdiklərinə görə Mahnı bəstəkarları şöhrət zalına daxil edilmişdir. 2005-ci ildə Britaniya Mahnı bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyası tərəfindən "İvor Novello" mükafatına, 2018-ci ildə isə "Qremmi ömür boyu müvəffəqiyyət" mükafatına layiq görülmüşdür.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne