Qum adam (teleserial, 2022)

Qum adam
The Sandman
Janr Fentezi dram
Fövqəltəbii qorxu
Superqəhrəman[1][2][3]
Əsaslanır Nil Qeyman
Sem Keyt
Mayk Drinqenberq
tərəfindən yazılmış The Sandman qrafik novellası
Yaradıcısı Nil Qeyman
Devid Qoyer
Alan Heynberq
Rollarda Tom Starridc
Boyd Holbruk
Vivyenn Açeamponq
Cenna Koulman
Devid Tyulis
Qvendolin Kristi
Şüar Dream the world anew
Bəstəkar Devid Bakli
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2022
Studiya  Böyük Britaniya
Dil İngiliscə
İlk çıxış tarixi 5 avqust 2022
Rəng rəngli
Mövsüm sayı 1
Seriya sayı 10
Seriya vaxtı 37-54 dəqiqə
Davametmə müddəti 2022
Telekanal Netflix
IMDb ID1751634
thesandman.com

Qum adam (ing. The Sandman) — 1989-1996-cı illərdə Nil Qeyman tərəfindən yazılmış və DC Comics tərəfindən nəşr edilmiş "The Sandman" komiksi əsasında fentezi dram janrında çəkilmiş ABŞ teleserialıdır. Serial Nil Qeyman, Devid Qoyer və Alan Heynberq tərəfindən strim-servis Netflix üçün yaradılmış, DC EntertainmentWarner Bros. Television Studios tərəfindən istehsal edilmişdir. "The Sandman" komiks seriyası kimi teleserial da "Qum adam" adlandırılan Morfey/Yuxunun macəralarından bəhs edir. Serialda Tom Starric əsas personaj olan Yuxunu, Boyd Holbruk, Vivyenn Açeamponq, Cenna Koulman və digərləri isə ikinci plan personajlarını canlandırırlar.

"The Sandman" kitab seriyasının filmə uyğunlaşdırılması cəhdlərinə 1991-ci ildə başlanılmış və uzun illər ərzində layinə inkişaf cəhənnəmində qalmışdır. 2013-cü ildə Qoyer layihənin teleserial uyğunlaşdırılması ideyasını Warner Bros.-a təqdim etmişdir. Bundan sonra Qoyer və Qeyman Cozef Qordon-Levittin baş rolu canlandıracağı və böyük ehtimalla həm də rejissorluq edəcəyi film layihəsi üzərində çalışmağa başlayırlar. Lakin, 2016-cı ildə yaradıcı heyətlə fikir ayrılıqlarına görə Levitt layihəni tərk edir. Film layihəsinin uzanmasından sonra Warner Bros. fikrini televiziya layihəsi üzərində cəmləşdirir. 2019-cu ilin iyununda Netflix ilə serial istehsalı üçün müqavilə bağlanılır, 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna kimi isə birinci mövsümün əsas çəkilişləri həyata keçirilir.

5 avqust 2022-ci ildə Netflix-də "Qum adam" teleserialının premyerası baş tutmuşdur. Serial ümumilikdə tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, aktyor seçimi, quruluşçu rejissor işi, kostyum dizaynı, vizual effektlər, mənbə materialının düzgün izlənməsi və aktyor ifaları - xüsusilə Tom Starric və Devid Tyulisin performansı yüksək qiymətləndirilmişdir. Bəzi tənqidçilər serialın ümumi tempi və süjetini tənqid etmişlər.

  1. Asthana, Mansij. "'New Superhero in Town', Netflix Unveils 'Sandman' Teaser & We're Totally Losing It". MensXP. June 7, 2022. August 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2022.
  2. Darcy, Diane. "Every DC Superhero TV Series Arriving in 2022". Comic Book Resources. January 4, 2022. August 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2022.
  3. Truitt, Brian. "From 'The Boys' to 'Ms. Marvel' and 'She-Hulk,' here are the superhero shows to watch this summer". USA Today. June 7, 2022. August 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2022.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne