Quran

Quran, XII əsr

Quran (ərəb. القُرآنƏl-Quran) — İslam dininin əsas dini kitabıdır. Müsəlmanlar Quranın Allahın vəhy etdiyi sözlər olduğunu hesab edirlər. Quran 114 surədən və 6236 ayədən təşkil edilmişdir. Ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Müsəlmanlar Quranın Allah tərəfindən son İslam peyğəmbəri Məhəmmədə baş mələk Cəbrayıl vasitəsilə şifahi olaraq endirildiyinə inanırlar. Məhəmməd 40 yaşında ikən Qədr gecəsindən başlayaraq 632-ci ildə ölümünədək təxminən 23 il ərzində mərhələli şəkildə nazil olub. Müsəlmanlar Quranı Məhəmmədin ən mühüm möcüzəsi, onun peyğəmbərliyinin sübutu və Tövrat, Zəbur və İncil kitabları da daxil olmaqla ilk İslam peyğəmbəri Adəmə nazil olanlarla başlayan bir sıra ilahi mesajların kulminasiya nöqtəsi hesab edirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne