Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qurd adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir qurd adam tərəfindən dişləndikdən sonra qurd adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar olan "skinwalker"lər barədə rəvayətlər mövcuddur.
İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar qurd adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə qurd adamlarla bağlı anlayış da dəyişir. Qurd adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır. Xristian gözü ilə qurd adamlar şeytani varlıqlar və ya tanrının cəzasına düçar olmuş fərdlər olaraq başa düşülür.
Müstəmləkə dövründə Yeni dünyaya yelkən açan avropalılar öz inanclarını şifahi ənənləri ilə birlikdə bu torpaqlara qədər gətirmişdirlər. O dövrlərdə cadugərlərə inanan insanlar təbii ki, qurd adamlara da inanmağa başlayırlar. Cadugərlikdə günahlandırılanların məhkəmələri və edamları bu dövrdə geniş vüsət almış və minlərlə insanın təqib edilməsinə səbəb olmuşdur. Cədugərlikdə təqsirləndirilən şəxslərin aqibətini diri-diri yandırılmaq gözləyirdi. Qurd adam olaraq günahlandırılan şəxslərə XV əsrin əvvəllərində İsveçrədə, xüsusən Valais və Vaud bölgələrində hökm oxunurdu. Sözügedən fenomen sonradan bütün Avropaya yayılaraq XVII əsrdə pik həddə çatır. XVIII əsrdə isə tədricən azalır. Bu, Avropa tarixində xurafatları əks etdirən qaranlıq bir səhifə idi.
Cadugər əcinələrinin səngidiyi dönəmlərdə qurd adamlar qotik qorxu hekayələrində yer alaraq populyarlıq qazanır. Zaman keçdikcə bu əfsanəvi varlıqlar populyar mədəniyyətin tanınmış elementlərindən biri olur.