Qut

Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər. Şərab kimi axıcı, su kimi durudur. Qutun dəyişik növləri də mövcuddur.

  1. Bor Qut: Cisimləşmiş quttur. Bir obyekti təmsil edən onun kiçik bir modeli kimidir.
  2. İye Qut: Bir varlığı qoruyan ruhi enerjidir və tamamilə soyuttur.
  3. Sal Qut: Hərəkətli quttur. Külək kimi əsə bilir.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne