Radioqalaktikalar

Radioqalaktika 3C31

Radioqalaktikalar — Güclü radioşüalanma mənbələri olan qalaktikaları radioqalaktikalar adlandırırlar. Bir qayda olaraq onlar nəhəng obyektlərdir və sıx mərkəzi oblastda nüvə yerləşir. Nisbətən nəhəng radiqalaktikaların radiooblastda işıqlığı optik oblastda olan işıqlıqdan yüksəkdir. Radioqalaktikalarla bağlı radiomənbələr bir qayda olaraq ayrıca komponentlərdən ibarətdir (nüvə, radioqalo, radioatılmalar və ya radiocetlər). Radioşüalanmanın mexanizmi sinxrotrondur, yəni fəal nüvədən atılmış yüksək enerjili elektronların maqnit sahəsində hərəkəti hesabına şüalanma baş verir.[1]

Bu obyektlər spektrin radiooblastında şüalanmasının nisbətən çox olması ilə seçilirlər. 1946-cı ildə ingilis astronomları Hey, Fillips və Parsons metrlik dalğalarda müşahidə apararkən, təsadüfən Qu bürcündə çox güclü radioşüalanma mənbəyi aşkar etdilər. Sonra bəlli oldu ki, bu bir qalaktikadan gəlir. Radioqalaktikalar əsasən elliptik quruluşa malik olurlar. Radioqalaktikalar da Seyfert qalaktikaları kimi 2 sinfə bölünürlər: A –optik emisiyalı və B –absorbsya spektrli. Radioqalaktikalar Seyfert qalaktikalarına nisbətən daha böyük ölçülü obyektlərdir. Xatırlatmaq yerinə düşər ki, II tip Seyfert qalaktikaları da radiqalaktikaların kataloquna daxildir.

Bir qayda olaraq nəhəng obyektlərdir və sıx mərkəzi oblastda nüvə yerləşir. Nisbətən nəhəng radiqalaktikaların radiooblastda işıqlığı optik oblastda olan işıqlıqdan yüksəkdir. Radioqalaktikalarla bağlı radiomənbələr bir qayda olaraq ayrıca komponentlərdən ibarətdir (nüvə, radioqalo, radioatılmalar və ya radiocetlər). Radioşüalanmanın mexanizmi sinxrotrondur, yəni fəal nüvədən atılmış yüksək enerjili elektronların maqnit sahəsində hərəkəti ilə bağlıdır. Ən yaxın radioqalaktikalardan Sentavr bürcü istiqamətində yerləşən Sentavr A (NGC 5128) və qız bürcü istiqamətindəki qalaktika topasının mərkəzində yerləşən Qızın A-sını (NGC 4486) göstərmək olar.

Koll 15m 5-dən parlaq olan 82 radioqalaktika arasında tədqiqat aparmış və onlardan 25 %-nin spiral, 3 %-nin pekulyar və 54 %-nin isə elliptik quruluşa malik olduğunu müəyyən etdi. Orta hesabla bütün elliptik qalaktikaların 10-20 %-i radioşüalanma mənbəyinə malik olmalıdır. Daha müasir radioteleskoplarla 1969-cu ildə aparılmış müşahidələr nəticəsində yaxşı öyrənilmiş 500 radioqalaktikanın 375-i ikili quruluşa, 125 isə kifayət qədər geniş taca malik olmuşdur. II tip Seyfert qalaktikaları da güclü radioşüalanma mənbələridir. Ancaq ikili quruluşa malik seyfert qalaktikaları heç vaxt müşahidə edilimirlər. Nüvə ilə həmin radiomənbələr arasında maddə axını müşahidə edildiyindən onların fəal nüvəli qalaktika olması ideyası irəli sürülmüşdür.

Radio-qalaktika və qohumları, radio səsli kvars və blazlar 10 MHz-dən 100 GHz-ə qədər 1039 W-ə qədər radio dalğası uzunluğunda çox parlaq olan aktiv qalaktikalar növləridır. Radio yayılması sinkrotron əməliyyatından qaynaqlanır. Radio emissiyalarında müşahidə olunan struktur ikitərəfli jetlər və xarici mühit arasında qarşılıqlı təsirlər əsasında müəyyən edilir və nisbi şüanın təsiri ilə dəyişdirilir. Əsas qalaktikalar demək olar ki, yalnız böyük eliptik qalaktikalardır. Radio-yüksək təsirli qalaktikalar geniş məsafələrdə aşkar edilərək, müşahidə kosmologiyası üçün qiymətli vasitələr təşkil edir. Son zamanlarda bu obyektlərin galaxy mühitinə, xüsusilə də galaxy qruplarına və qruplarına təsirləri üzərində çox işlər görülmüşdür.

  1. Burbidge, G (1956). "On synchrotron radiation from Messier 87". Astrophysical Journal. 124: 416. Bibcode:1956ApJ...124..416B. doi:10.1086/146237.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne