Rail Baltica

Rail Baltica[1] — Baltikyanı ölkələri, Şərqi (Polşa) və Qərbi Avropanı birləşdirməli olan standart ölçülü reyslərə sahib bir dəmir yolu layihəsi.

Layihəyə əsasən magistral yol Tallin, Riqa, Kaunas, VarşavaBerlindən (və daha sonra Venesiyaya gediş yolunun davamı ilə) keçəcəkdir. Bununla da Mərkəzi və Şərqi Avropa arasında əlaqə yaxşılaşdıracaqdır. Bundan əlavə Tallinn və Helsinki arasında sualtı dəmir yolu tunelinin inşası da planlaşdırılır. Bu layihənin iqtisadi əsassız olduğu təqdirdə şəhərlər arasında bərə açılması planlaşdırılır. Beləliklə, Rail Baltica Finlandiya və Skandinaviyanın bir hissəsini Qərbi Avropa ilə birləşdirə bilər.

Rail Baltikanın əsas məqsədi Baltikyanı ölkələrin Avropa dəmir yolu şəbəkəsi ilə birbaşa əlaqəsini və regional inteqrasiyanın inkişafını bərpa etməkdir. Estoniya, LatviyaLitva dəmir yollarının Avropa Birliyinin nəqliyyat sisteminə inteqrasiyası qatarların sürətini, sərnişin, yük axınını və qazancını artıracaqdır.

Estoniya, Latviya, Litva və Polşa layihəni nəqliyyat infrastrukturunun inkişafındakı prioritetlərindən biri elan etmişdir.

Avropa Parlamentinin və Avropa Şurasının qərarı ilə Dəmiryolu Baltikyanı ölkələrinin 1 nömrəli Pan-Avropa Dəhlizinin bir hissəsi olaraq təyin edilmişdir. Layihənin Avropa Parlamentindəki koordinatoru Pavel Teliçkadır.

27 avqust 2015-ci ildə Polşadan Kaunasa ilk sərnişin qatarı gəlir[2]. Kaunasdan Belostoka (Polşa) ilə müntəzəm sərnişin marşrutu 17 iyun 2016-cı ildə açılır[3].

Estoniyanın paytaxtı Tallindən Litva-Polşa sərhədi istiqamətində Avropa qatarı Baltica Dəmiryolu ilə 2026-cı ildə getməsi palnlaşdırılır. Daha 5 il sonra Polşadan Berlinə marşrutların getməsi plandadır.

2024–2030-cu illərdə çəkilişi nəzərdə tutulan Dəmir yolu Baltica-2 layihəsi hazırlanır. İtaliyanın şimalından Tallinə birbaşa xətt olmalıdır[4].

  1. "Project description". Rail Baltica (ingilis). 2013-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.
  2. В Каунас по Rail Baltica прибывает первый пассажирский поезд Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine // obzor.lt, 27 августа 2015
  3. Открывается пассажирский ж/д маршрут Каунас — Белосток Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine // Delfi.lt, 31 мая 2016
  4. Окончательный отчёт о проекте Rail Baltica 2 Arxivləşdirilib 2013-02-05 at the Wayback Machine // ru.15min.lt, 30 января 2013

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne