Raqnar Lodbrok | |
---|---|
Ragnarr Loðbrók | |
| |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat tarixi | təq. IX əsr |
Həyat yoldaşları | Lagerta, Kraka Aslauq Siqurdsdatter, Tora Borqarhyört |
Uşağı | |
Atası | Siqurd Hrinq |
Fəaliyyəti | Vikinqlər |
Vikianbarda əlaqəli mediafayllar |
Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç,Norveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür. Həyatı haqqındakı çox saylı əfsanələr bir-birindən fərqli detallara malikdir.