Rayan Vayt

Rayan Vayt
Rayan Vayt 1989-cu ilin yazında İndianapolisdə yardım kampaniyasında.
Rayan Vayt 1989-cu ilin yazında İndianapolisdə yardım kampaniyasında.
Doğum tarixi 6 dekabr 1971(1971-12-06)[1]
Doğum yeri
Vəfat tarixi 8 aprel 1990(1990-04-08)[1] (18 yaşında)
Vəfat yeri
Vəfat səbəbi QİÇS-dən ölüm[d]
Dəfn yeri
Təhsili
  • Qərb Liseyi[d],
  • Hamilton Heights Liseyi[d]
Fəaliyyəti tələbə, yazıçı
ryanwhite.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayan Ueyn Vayt (ing. Ryan Wayne White; 6 dekabr 1971[1], Kokomo[d], İndiana8 aprel 1990[1], İndianapolis)[2]İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi.

Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər[3]. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı[4], həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində 18 yaşında, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi[3].

İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Vaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı. İki dəfə təsdiq olunan bu qanun ABŞ-də QİÇS-lə yaşayan insanların ən böyük dəstəkçisi oldu.[5]

  1. 1 2 3 4 Ryan White // Encyclopædia Britannica (ing.).
  2. "A Timeline of Key Events in Ryan's Life". Ryanwhite.com. 2007-10-12 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2009-12-02.
  3. 1 2 Johnson, Dirk (April 9, 1990). "Ryan White Dies of AIDS at 18; His Struggle Helped Pierce Myths". The New York Times. Archived from the original on June 15, 2010. Retrieved June 14, 2010.
  4. a b c d (PDF) AIDS at 21: Media Coverage of the HIV Epidemic 1981–2002. Brodie, Mollyann, et al.. 2004. Erişim 9 Eylül 2007.
  5. a b c "The Ryan White HIV/AIDS Program". Health Resources and Services Administration, United States Department of Health and Human Services. 1996-01-01 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2007-09-11.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne