Raz Seqal | |
---|---|
Elm sahələri | yəhudi xalqının tarixi[1], Holokost[1] |
Raz Seqal (ivr. רז סגל) — ABŞ və İsrail tarixçisi. O, Stokton Universitetində Holokost və soyqırımı tədqiqatları üzrə dosent, müasir soyqırımın tədqiqi üzrə professor, burada Holokost və soyqırımı tədqiqatları üzrə magistrdır.[2][3] Seqal ivrit, ingilis, alman, yəhudi və macar dillərindəki ilkin və ikinci dərəcəli mənbələrin təhlilinə əsaslanaraq Zakarpatiyada Holokost haqqında çoxsaylı kitablar yazmışdır.[4]
"Əl-Əqsa fırtınası" əməliyyatı kontekstində, İsrailin Qəzzə zolağının mülki əhalisinə su, qida, elektrik və yanacaq verilməməsini əhatə edən sonrakı əks-hücum və tam blokadası haqqında fikirləri bölüşən zaman Seqal bunu "tipik soyqırımı keysi" kimi təsvir etmişdir. O, baş verənləri Nəkbə ilə əlaqələndirmişdir.[5][6] Seqala görə, İsrail Müdafiə Qüvvələri (IDF) üç soyqırımı aksiyası ilə fəal şəkildə məşğul olur: öldürmə aktları, ağır bədən xəsarəti yetirmə və Fələstinin varlığını məhv etmək üçün strateji olaraq hazırlanmış tədbirlərin həyata keçirilməsi. O, dəlil olaraq İDF-ni Qəzzənin kütləvi hissələrini məhv etməklə və zəruri malların ciddi blokadası tətbiq etməklə total müharibə aparmaqda ittiham edir.[7]