Reaktiv artilleriya — raket kompleksləri üçün təchiz edilmiş bir raket növüdür. Reaktiv artilleriya sistemlərinin növləri arasında Reaktiv yaylım atəş sistemləri də mövcuddur.
Reaktiv artilleriya raketlərdən istifadə edən artilleriya növüdür (1980-ci illərdən etibarən idarə olunmayan raketlər [İOR] adından istifadə edilir), yəni mərminin özünə quraşdırılmış reaktiv mühərrikdən istifadə edərək mərmini hədəfə çatdıran və reaktiv hərəkətin təsiri ilə mərmiyə lazımi uçuş sürətini qazandıran artilleriya növüdür.
Bu tipdə olan artilleriya bölmələri bir çox ölkələrin və dövlətlərin quru qoşunları, hava qüvvələri və donanmalarının tərkib hissəsidir. Reaktiv artilleriya bölmələri və subbölmələri reaktiv yaylım atəş sistemləri (MLRS) ilə silahlanırlar[1].