Red Velvet | |
---|---|
kor. 레드벨벳 | |
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 2014 – hal-hazırda |
Ölkə | Cənubi Koreya |
Şəhər | Seul |
Digər adı |
|
Dil | koreya, ingilis |
Leybl | |
Heyət |
|
Keçmiş üzvlər | Yoxdur |
smtown.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir.
Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir. Onların hit sinqlları "Red Flavor" və "Power Up" "Gaon Rəqəmsal Cədvəl"-də bir nömrəyə çatdı. Həm "Gaon Rəqəmsal Cədvəl"-də, həm də "Billboard Dünya Rəqəmsal Mahnı Satış cədvəl"-də "Happiness", "Ice Cream Cake", "Dumb Dumb", "One of These Nights", "Russian Roulette", "Rookie", "Peek-a-Boo", "Bad Boy", "RBB (Really Bad Boy)", "Zimzalabim", "Umpah Umpah", "Psycho", və "Queendom" mahnılarıda siyahıya daxil olublar. Qrup həmçinin #Cookie Jar (2018) və Sappy (2019) adlı geniş pyesləri ilə yapon musiqi səhnəsinə çıxdı.
Red Velvet çoxsaylı mükafatlara, xüsusən "Golden Disk Yeni Sənətçi Mükafatı"-a, "Ən Yaxşı Qadın Qrupu"-a görə "Mnet Asiya Musiqi Mükafatı"-a, "Ən Yaxşı Pop Mahnısı"-a görə "Koreya Musiqi Mükafatı"-a və "İlin Mahnısı"-a görə "Asiya Sənətçisi Mükafatı"-a layiq görülüb. Onların geniş daxili təsiri "Forbes Korea Power Celebrity" tərəfindən tanınıb. (2018-ci ildə 11-ci və 2019-cu ildə beşinci yer)[2][3] Beynəlxalq miqyasda onlar Time və Billboard tərəfindən ən populyar K-pop qruplarından biri seçilib və 2020-ci ilin fevralına görə Spotify-da dünyada ən çox yayımlanan beşinci K-pop ifaçısı olub.