Resident Evil 4

Resident Evil 4
Hazırlayan Yaponiya Capcom Production Studio 4
Yayımlayan Yaponiya Capcom
Lokalizatorlar Novıy Disk[d], Softclub
Seriya "Resident Evil"
Buraxılış tarixləri 11 yanvar 2005[3], 25 oktyabr 2005, 28 fevral 2014[4]
Janr döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı, survival horror[5]
Rejissorlar Şinci Mikami
Prodüserlər Hiroyuki Kobayaşi
Ssenaristlər Şinci Mikami
Proqramçılar Kiyohiko Sakata
Bəstəkarlar
  • Misao Senbonqi
  • Şusaku Uçiyama
Texniki məlumat
Platforma Xbox 360, PlayStation 2[1], PlayStation 3, Microsoft Windows[1], iOS, PlayStation 4, Android, Xbox One, Nintendo Switch[d]
Oyun rejimi birnəfərli oyun[2]
İnterfeysin dili ingilis dili[2], fransız dili[2], alman dili[2], ispan dili[2], italyan dili[2]
Daşıyıcı DVD, Blu-ray Disc, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran
Rəsmi saytı

Resident Evil 4 — "Capcom" tərəfindən hazırlanmış survival horror janrında olan videooyun. İlk olaraq 2005-ci ildə "Gamecube" üçün satışa çıxarılıb. Bu oyunda oyunçular xüsusi agent olan Leon S. Kennedinin rolunu öz üzərinə götürürlər. Oyundakı başlıca məqsəd İspaniyanın kəndlərinin birində dini təriqət tərəfindən girov götürülüb saxlanmış ABŞ prezidentinin qızı Eşli Qremi tapıb qurtarmaqdır. Amansız mübarizədə Leon cəsus Ada Vonq ilə gücünü yenidən birləşdirir və ikisi zehni yoluxucu parazitlər tərəfindən ələ keçirilmiş düşmən dəstələrə qarşı vuruşur.

Oyunun inkişafına 1999-cu ildə başlanılıb. Əvvəlcə bu layihə üçün dörd fərqli ideya irəli sürülüb. Bunlardan biri Hideki Kamiyanın təqdim etdiyi konsept olub. Seriyanın yaradıcısı Şinci Mikamiyə görə, həmin konsept seriyanın əvvəlki oyunlarının əsas mahiyyətindən çox uzaq uzaq idi. O, və komandası sözügedən konsept üzərində iş aparmış və 2001-ci ildə "Devil May Cry" adlı başqa bir oyunu ortaya qoymuşdur. Oyunun istehsalına Şinci Mikaminin özü rəhbərlik etmişdir.

"Resident Evil 4" həm tənqidçilər, həm də oyunçular tərəfindən yüksək qiymətləndirilən bir videooyundur. 2005-ci ildə "İlin Oyunu" mükafatına layiq görülmüşdür. Həmçinin bütün zamanların ən yaxşı videooyunları arasına öz yerini tutmağı bacarıb. Oyun müxtəlif platformalar üçün yayımlanmışdır. 2022-ci ilin dekabrına qədər 12,3 milyon tirajla sataraq ən böyük uğur qazanmış oyunlardan birinə çevrilmişdir. Oyunun yenidən hazırlanmış versiyası (ing. remake) 2023-cü ildə işıq üzü görmüşdür.[6]

  1. 1 2 redump.org (ing.). Europe.
  2. 1 2 3 4 5 6 Steam. 2003.
  3. Kayser D. Official RE4 Release Date (ing.): When will the latest Resident Evil hit store shelves? Find out inside.... // Gamers.com 2004.
  4. Internet Game Database (ing.). 2012.
  5. https://cdaction.pl/gry/resident-evil-4-hd.
  6. McWhertor, Michael. "Resident Evil 4 remake announced, coming March 2023". Polygon (ingilis). 2022-06-02. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne