Resident Evil Village | |
---|---|
![]() | |
![]() "Resident Evil Village" oyunun rəsmi afişası | |
Hazırlayanlar | Capcom |
Yayımlayanlar | Capcom |
Buraxılış tarixləri | 7 may 2021, 30 oktyabr 2023[1] |
Janr | survival horror, birinci şəxs atıcı, fəaliyyət oyunu[d] |
Texniki məlumat | |
Platforma | PlayStation 5, Microsoft Windows, PlayStation 4, Xbox One, iOS, iPadOS |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, ispan dili, yapon dili, rus dili |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran |
Rəsmi saytı | |
![]() |
Resident Evil Village (azərb. Şər yuvası: Kənd) — Capcom tərəfindən hazırlanmış və satışa çıxarılmış 2021-ci ilin survival horror janrındakı videooyunu. Bu, 2017-ci ildə təqdim edilmiş “Resident Evil 7: Biohazard” oyunundakı hekayə xəttini davam etdirir. Məşhur əsas seriyanın sayca onuncu oyunudur. Oyunun baş qəhrəmanı olan İtan Vinters qaçırılıb mutant məxluqların zəbt etdiyi bir kənddə saxlanılan körpə qızını tapıb xilas etmək üçün axtarışa başlayır — bu işi yerinə yetirmək oyunçulara həvalə edilir.
Oyun 2020-ci ilin iyununda elan edilmiş və rəsmi olaraq 7 may 2021-ci ildə satışa çıxarılmışdır. Oyun PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Stadia və Windows da daxil olmaqla müxtəlif oyun platformalarında mövcuddur. Oyunun mobil versiyası 30 oktyabr 2023-cü il tarixində iOS platforması üçün əlçatan olmuşdur.
Oyun bütövlükdə yaxşı qarşılanıb, oynanışı, quruluşu və müxtəlif funksiyaları haqqında müsbət rəylər almışdır. Ancaq, oyunçular tapmacaları, boss döyüşlərini və xüsusilə Windows-da ortaya çıxan performans problemlərini bəyənmədiklərini bildiriblər. Ayrıca, oyunun əvvəlki seriyalarla müqayisədə daha çox döyüş yönümlü olması, yəni tapmacaların həlli və araşdırma kimi digər oyun elementlərindən uzaqlaşması oyunçular arasında fikir bölgüsü ilə nəticələnmişdir — bu yeni istiqamətə keçid hər kəsi qane etməmişdir. “Resident Evil Village” 2021-ci ilin noyabrında baş tutan “Qızıl Coystik” mükafatlarında "İlin oyunu" da daxil olmaqla çoxsaylı mükafatlar qazanıb. Oyun 2023-cü ilin dekabrına qədər 9,3 milyon ədəd satıb.[2]