Retrospektiv (lat. retrospectare, "geriyə baxış") — keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq.
İsim kimi işləndikdə "retrospektiv" sözü tibb, kompüter proqramlaşdırması, kütləvi mədəniyyət və incəsənətdə spesifik mənalar daşıyır. Sifət kimi işləndikdə isə hüquq, standartlaşdırma və mükafatlar sahəsində retroaktiv sözünün sinonimi kimi çıxış edir.