Rheinmetall MG3 | |
---|---|
![]() | |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1960 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1959 |
İstehsalçı | Rheinmetall, Beretta (şirkət) |
Xüsusiyyətləri | |
Ağırlığı | 11,5 kq |
![]() |
MG3 — hava soyutmalı, mayon güllə lenti ilə təchiz edilən, Almaniya istehsalı olan ümumi təyinatlı, 7,62×51 mm güllələrdən istifadə edən pulemyotdur.
İkinci dünya müharibəsində istifadə edilən MG 42-nin təkmilləşdirilmiş modern versiyasıdır. 1950-ci illərin sonlarında Alman ordusunun xidmətinə qəbul edilmişdir. Standart ayağı ilə istifadə edildikdə yüngül pulemyot, masaya quraşdırıldıqda isə ağır pulemyot kimi istifadə edilə bilər. 122 sm uzunluğundadır, maksimal məsafəsi 4000 m, təsirli mənzili isə 1200 m-dir. Güllənin lülədən çıxış sürəti 820 metr/saniyə təşkil edir.
MG3 və onun törəmələrindən dünyanın 30-dan çox ölkəsinin ordusunda istifadə edilir. İtaliya və İspaniya (MG42/59), Pakistan (MG1A3), Yunanıstan, İran, Sudan və Türkiyə tərəfindən lisenziya altında istehsal olunur.
Qərbi Almaniya NATO üzvü olduqdan sonra 7,92×57 mm ölçülü Mauzer patronlarından istifadə edən MG 42-ləri 7,62×51 mm ölçülü standart NATO patronlarına uyğun olaraq dəyişdirmişdir.
Türkiyə-PKK qarşıdurmalarında Türkiyə Silahlı Qüvvələri tərəfindən intensiv şəkildə istifadə edilmişdir. Uzun məsafəli və güclü patronlarına görə Türkiyə əsgərləri tərəfindən "qara ilan" olaraq adlandırılmışdırlar. Köhnə istehsal edilmiş MG3-lərdə tez-tez tutulmalara rast gəlinsə də, dağıdıcı gücü və dəqiqliyinə görə hələ də intensiv şəkildə istifadə olunurlar.