Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Riders on the Storm" (azərb. "Fırtınadakı atlılar") — "The Doors" qrupunun 1971-ci ildə işıq üzü görən L. A. Woman albomundan musiqi. Musiqi sinql kimi buraxılmışdı və Amerika musiqi siyahılarında 14-cü pilləyə qalxmağa müvəffəq olmuşdur.
Gitarist Robbi Kriqerin sözlərinə görə, musiqi Conni Keşin "(Ghost) Riders in the Sky: A Cowboy Legend" kompozisiyasından təsirlənərək yazılmışdır. Musiqi özündə göy gurultusu və yağış səsi effektlərini də birləşdirir ki, bunun fonunda da Rey Manzarek öz Fender Rhodes elektrogitarasında ifa edərək göy gurultusu və yağış səsini təqlid edir. Kompozisiyaya xüsusi məlahət verən isə Cim Morrison tərəfindən, onun öz ifasının fonunda səsləndirilən pıçıltı ilə deyilən sözlərdir.