Robert Putnam | |
---|---|
ing. Robert D. Putnam | |
![]() | |
Doğum tarixi | 9 yanvar 1941[1] (84 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | politologiya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Robert David Putnam— Amerikalı siyasi alim. O, Harvard Universitetinin Con F. Kennedi adına Hökumət Şöbəsində İctimai Siyasət üzrə Piter və İzabel Malkin Professorudur. Putnam beynəlxalq müqavilələrin ölkə daxilində də faydalı olarsa, uğurlu olduğunu fərz edən iki səviyyəli oyun nəzəriyyəsini inkişaf etdirmişdir. Onun ən məşhur, eyni zamanda da mübahisə doğuran işlərindən biri olan Tək Boulinq əsərində müzakirə olunan əsas məsələ 1960-cı illərdən bəri ABŞ ciddi mənfi nəticələr yaradan mülki, sosial, birlik və siyasi həyatda (sosial kapital) bağlı görülməmiş tənəzzülə məruz qalmışdır.[2] 2010-cu ildə o, birgə nəşr etdirdiyi məqaləsində, trendin başqa istiqamətə doğru dəyişdiyini vurğulamışdır; belə ki, sosial kapitala təkan verilməsini dəstəkləsə də, əvvəlki tezisinin ("Amerikalılar indi tək boulinq oynayır") artıq doğru olmadığını da hiss edirdi.[3] O, 2015-ci ilin martında ABŞ-də imkanların bərabərsizliyi məsələlərindən bəhs edən Uşaqlarımız: Amerika xəyalları böhran içində adlı kitabını çap etdirmişdir.[4]