Robert Qrabbs - (ing. Robert Howard Grubbs, 27 fevral 1942[1][2][…] – 19 dekabr 2021[3]) - Amerikalı kimyaçı olub, “Üzvi sintezdə metatezis metodunun inkişafına verdiyi töhfəyə görə”[4] 2005-ci ildə Kimya üzrə Nobel Mükafatı laureatına (Riçard Şrok və İv Şoven ilə bərabər almışdır) layiq görülmüşdür.
ABŞ Milli Elmlər Akademiyasının (1989-cu ildən)[5] və Mühəndislik Akademiyasının (2015-ci ildən) üzvü, Çin Elmlər Akademiyasının (2015-ci ildən) və London Kral Cəmiyyətinin (2017-ci ildən) isə xarici üzvüdür.[6]