Rodriqo Hernandez

Rodriqo Hernandez
isp. Rodri
Ümumi məlumatlar
Doğum tarixi 22 iyun 1996(1996-06-22) (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 191
Çəkisi 82 kq
Mövqeyi Müdafiəyə meyilli yarım müdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub
Nömrəsi 16
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodriqo Hernandez Kaskante və ya qısaca Rodri (22 iyun 1996, Madrid) — İngiltərə Premyer Liqası klubu "Mançester Siti"də və İspaniya milli futbol komandasında çıxış edən futbolçu.

Peşəkar karyerasına Vilyarealda başlayan Rodri daha sonra "Atletiko Madrid" klubuna qoşulur. La Liqada keçirdiyi 4 mövsümdən sonra 2019-cu il iyulun 4-də "Mançester Siti" komandasına transfer olur. O, "şəhərlilərin" ardıcıl 3 dəfə (2020–21, 2021–22, 2022–23) İngiltərə Premyer Liqası çempionu olmalarına kömək edir. Rodri, eyni zamanda 2022–23 mövsümündə "Mançester Siti"nin ilk treblini etməsində böyük əməyi olan futbolçulardandır. Belə ki, Rodri UEFA Çempionlar Liqası finalında "İnter"ə qarşı matçın yeganə qolunu vuraraq və turnirin ən yaxşı oyunçusu seçilmişdir.

İspaniya millisində ilk debütünü 2018-ci ildə edən Rodri, millinin yığmasında 2023-cü ildə Millətlər Liqasının qalibi və eyni zamanda turnirin ən yaxşı oyunçusu olmuşdur.

Rodri 2024-cü ilin oktyabrında mövsüm boyu göstərdiyi diqqəlayiq performansa görə Qızıl top mükafatına layiq görülmüş[1][2] və mükafatı 1960-cı ildə almış Luis Suarezdən sonra bu uğura imza atan ikinci ispan kişi futbolçu olmuşdur.[1] O, həmçinin mükafatı qazanan ilk "Mançester Siti" oyunçusudur.[3]

İstedadlı yarımmüdafiəçi peşəkar səviyyədə çıxış etməyə davam edir. 2024-cü ildə İspaniya millisinin məşqçilər korpusu cəsarətlə onu Avro-2024-ün heyətinə daxil etdi. La Roja bütün qrup mərhələsində İtaliya, Albaniya və Xorvatiyadan olan rəqiblərini rahatlıqla üstələdi, qapını təmiz saxlamağı bacardı və müdafiə qabiliyyətini nümayiş etdirdi. Həyəcanlı 16-cı turda onlar turnirin gözlənilməz tünd atı, Gürcüstanla qarşılaşdılar və inandırıcı 4-1 hesabı ilə qalib gəldilər. Həmin görüşdə həlledici qola imza atan Rodri haqlı olaraq fərqlənən futbolçu kimi qeyd olunurdu[4].

  1. 1 2 "Ballon d'Or 2024: Manchester City and Spain midfielder Rodri wins first award". BBC Sport (ingilis). 2024-10-28. 2024-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
  2. UEFA.com. "Rodri wins 2024 Men's Ballon d'Or | Ballon d'Or 2024/25". UEFA.com (ingilis). 2024-10-28. 2024-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
  3. "Rodrigo becomes first City player to win Ballon d'Or". OneFootball (ingilis). 2024-10-30. 2024-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  4. "Rodri - tərcümeyi-halı, şəxsi həyatı, foto, xəbərlər, yarımmüdafiəçi, Mançester Siti, İspaniya, büt, din, statistika 2024". 13.11. 2024. 2024-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03. 12.2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne