Roma-German muzeyi

Roma-German muzeyi
alm. Römisch-Germanisches Museum
Roma-German arxeoloji muzeyi
Roma-German arxeoloji muzeyi
Xəritə
Əsası qoyulub 1946
yeni bina: 1974
Açılış tarixi 24 noyabr 1961
Mövzu Arxeoloji
Ölkə
Yerləşir alm. Roncalliplatz 4, 50667 Köln‎,
Almaniya Almaniya
Ziyarətçi sayı
  • 181.009 nəf. (2017)[1]
Direktor Dr. Marcus Trier
Muzeyə yetişmək U 5 U 16 U 18; Köln vağzalı
Telefon 0221-221/2 44 38, 0221-221/2 45 90
İş rejimi Çərşənbə axşamı - Bazar 10:00 - 17:00;
hər ayın ilk Cümə axşamı 10:00-22:00
Bilet 10,5 €
50°56′25″ şm. e. 6°57′32″ ş. u.HGYO
Römisch-Germanisches Museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roma-German muzeyi (alm. Römisch-Germanisches Museum‎) — Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzey. Roma-German muzeyi 1946-cı ildə iki şöbə (roma və frank epoxaları) əsasında yaradılmışdır. Roma şöbəsinin bugünkü tərtibatı 1974-cü ilin martından başlanğıc götürür. Ən qiymətli eksponatı muzeyin alt mərtəbəsində yerləşdirilmiş Dionis mozaykası kimi tanınan 1941-ci ildə Köln şəhərində aşkar olunan roma dövrünə aid döşəmə təsvirləridir. Ust mərtəbədəki döşəmə ətrafı eyvanlardan bu mozayik sənət əsərini yuxarıdan aşağı bütövlüklə seyr etmək mümkündür. Yuxarı mərtəbələrdə xronoloji və tematik prinsip əsasında imperator Avqustun zamanına, şəhərin Roma imperiyasının Reyn limanı sayıldığı dövrə aid, eləcə də imperator Konstantin tərəfindən Reyn çayı üzərində saldırılmış taxta körpü və Roma yaşayış məskəni olmuş bir zamanlar çayın sol sahildə yerləşmiş Divitiya ərazisindən tapılmış eksponatlar nümayiş olunur. Muzeyin eksponatlarına Roma dövrünə aid şəhər qala divarlarının qalıqları da aiddirlər.

Dionis mozayik döşəməsinin yerləşdiyi mərtəbədə eyni zamanda yeni eranın I–IV əsrlərinə aid Qədim Roma şəhərinə xas və aid olan məişət əşyaları nümayiş etdirilir. Üst qatlardakı kolleksiyaya Köln regionunda ilk insan məskəninə, paleolit, tunc və dəmir dövrlərə aid tapıntılar, xüsusən ümumavropa əhəmiyyətli Köln-Lindental rayonunda tapılmış, Liney-lento mədəniyyətinə aid dulusçuluq nümunələri və qalıqları daxildirlər.

  1. 2017 war ein Erfolgsjahr für die städtischen Museen.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne