Roy Kelton Orbison | |
---|---|
ing. Roy Kelton Orbison | |
Ümumi məlumatlar | |
Ləqəbləri |
Böyük O (The Big O) Rokun Karuzosu (The Caruso of Rock) |
Doğum tarixi | |
Doğum yeri | Vernon, Texas, ABŞ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Hendersonvill, Tennessi, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Uşaqları | 5 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 1954—1988 |
Janrlar |
rok-n-roll rokabilli kantri |
Musiqi alətləri | gitara |
Albom şirkətləri | Sun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin |
Təhsili |
|
Mükafatları | |
royorbison.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.
Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.
Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.