Rudolf Həmit oğlu Nuriyev | |
---|---|
tatarca Нуриев Рудольф Хəмит улы | |
![]() | |
Doğum tarixi | 17 mart 1938[1][2][…] |
Doğum yeri | İrkutsk, RSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat səbəbi | QİÇS-dən ölüm[d] |
Fəaliyyəti | balet artisti, xoreoqraf, aktyor, baletmeyster, rejissor |
Fəaliyyət illəri | 1958–1992 |
Təhsili | Mariinski balet məktəbi |
Teatr |
Mariinski Teatrı Kral baleti Vyana operası Paris operası |
Mükafatları |
![]() ![]() |
nureyev.org | |
![]() |
Rudolf Həmit oğlu Nuriyev (tatarca Нуриев Рудольф Xəмит улы 17 mart 1938-ci il İrkutsk, RSFSR, SSRİ, 6 yanvar 1993-cü il Levallois-Perret, Fransa) — SSRİ, Britaniya, Fransa balet artisti və S. M. Kirov adına Leninqrad dövlət opera və balet teatrının solisti. 1961-ci ildə Parisdə sovet truppasının qastrol səfəri bitdikdən sonra SSRİ-nin ən məşhur "qaçaqçılarından" biri olaraq siyasi sığınacaq istəmişdir.[3][4][5][6]
İngilis balerinası Margot Fonteyn ilə 17 il davam edən dueti ilə tanınır. 1983–1989-cu illərdə Paris Opera balet truppasına rəhbərlik etmiş, ömrünün sonunda özünü dirijor kimi sınamışdır. O, eyni zamanda dünyanın müxtəlif yerlərində daşınmaz əmlak alır və rəsm, sənət əşyaları toplayıcısı idi.