Saara Aalto

Saara Aalto
Saara Aalto 2018-ci ildə
Saara Aalto 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Saara Sofia Aalto
Doğum tarixi (37 yaş)
Doğum yeri Oulunsalu, Finlandiya
Vətəndaşlığı  Finlandiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1998–h.h.
Janr Pop
Musiqi alətləri vokal, piano
Səs tembri lirik soprano[d]
Albom şirkətləri Sony Music
Warner
saaraaalto.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli[1], Xose Karreras[2] və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb[3].

2016-cı ildə Saara Aalto ona dünya şöhrəti qazandıran Böyük Britaniyanın X Factor yarışmasında iştirak etmişdir. Böyük izləyici kütləsinə malik olan yarışmada Saara ikinci yerədək yüksəlməyə nail olmuşdur. Yarışmanın ardınca müğənni Böyük Britaniya və Finlandiyanın Sony Music şirkəti ilə müqavilə imzaladı[4]. Lakin dörd ay sonra Saara Sony ilə anlaşılmasından narazı olduğunu bildirərək müqaviləni ləğv etmiş və Warner Music Group-la yeni müqavilə imzalamışdır. 2018-ci ildə müğənni Finlandiyanın X Factor yarışmasında münsif olaraq yer alacaq. 7 noyabr 2017-ci il tarixdə isə Saara Aaltonun Finlandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.

  1. "Andrea Bocelli Setlist at Hartwall Areena, Helsinki, Finland - Tour: A Passion for Life". 25 yanvar 2015. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  2. "Jose Carreras Concert with Saara Aalto 2 May 2013 Shanghai Daning Theatre". 4 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2017.
  3. "Saara Aalto: "I want my song to be the happy funeral of fear, where people are dancing together!" (Finnish semifinalist – Exclusive Interview)". www.esc-plus.com. 29 yanvar 2016. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  4. "X Factor 2016: Saara Aalto CONFIRMS record deal with an album out next year". TellyMix. 2017-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne