Sabrina Karpenter | |
---|---|
ing. Sabrina Carpenter | |
![]() Karpenter 2016-cı ildə | |
Ümumi məlumatlar | |
Doğum adı | Sabrina Annlynn Carpenter |
Doğum tarixi | 11 may 1999[1][2][…] (25 yaş) |
Doğum yeri |
|
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, müğənni, televiziya aktrisası, mahnı yazarı[d], səsləndirmə aktrisası[d], kino aktrisası, səsyazma sənətçisi[d], model[d], film prodüseri |
Fəaliyyət illəri | 2011-ci ildən |
Janrlar | pop musiqisi, dans-pop, müasir R&B[d], elektropop[d] |
Musiqi alətləri | gitara, piano |
Albom şirkətləri | Hollywood Records, Island Records |
Əlaqəsi | Nensi Kartrayt (xalası) |
![]() |
|
sabrinacarpenter.com | |
![]() |
Sabrina Ennlinn Karpenter[4] (11 may 1999[1][2][…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Sabrina aktrisalıq karyerasına cinayət teleserialı "Law & Order: Special Victims Unit" ilə başlayıb. O, Fox-un üç ay davam edən qısa müddətli serialı "The Goodwin Games"-də təkrarlanan rol alıb. Həmçinin Disney Channel-də yayımlanan komediya serialı "Girl Meets World" (2014–2017) və televiziya filmi "Adventures in Babysitting"-də çəkilmişdir.[5]
Sabrina, "Horns" (2013), "The Hate U Give" (2018), "The Short History of the Long Road" (2019), "Clouds" (2020) və "Emergency" (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, "Tall Girl" (2019) və onun davamında (2022) və "Work It" (2020) filmlərində yer alıb.
2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı minialbomu işıq üzü görüb. 2015-ci ildə o, "Eyes Wide Open" adlı debüt albomu və üç əlavə studiya albomu, "Evolution" (2016), "Singular: Act I" (2018) və "Singular: Act II" (2019) buraxıb. Beşinci studiya albomu "Emails I Can't Send" 2022-ci ildə işıq üü görüb.