Sabrina Karpenter | |
---|---|
ing. Sabrina Carpenter | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 may 1999[1][2][…] (25 yaş) |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2011-ci ildən |
Albom şirkətləri | Hollywood Records, Island Records |
Əlaqəsi | Nensi Kartrayt (xalası) |
sabrinacarpenter.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Sabrina Ennlinn Karpenter[4] (11 may 1999[1][2][…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Sabrina aktrisalıq karyerasına cinayət teleserialı "Law & Order: Special Victims Unit" ilə başlayıb. O, Fox-un üç ay davam edən qısa müddətli serialı "The Goodwin Games"-də təkrarlanan rol alıb. Həmçinin Disney Channel-də yayımlanan komediya serialı "Girl Meets World" (2014–2017) və televiziya filmi "Adventures in Babysitting"-də çəkilmişdir.[5]
Sabrina, "Horns" (2013), "The Hate U Give" (2018), "The Short History of the Long Road" (2019), "Clouds" (2020) və "Emergency" (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, "Tall Girl" (2019) və onun davamında (2022) və "Work It" (2020) filmlərində yer alıb.
2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı mini-albomu işıq üzü görüb. 2015-ci ildə o, "Eyes Wide Open" adlı debüt albomu və üç əlavə studiya albomu, "Evolution" (2016), "Singular: Act I" (2018) və "Singular: Act II" (2019) buraxıb. Beşinci studiya albomu "Emails I Can't Send" 2022-ci ildə işıq üü görüb.