Sailor Moon | |
![]() Birinci tankobon cildinin üzlüyü. | |
美少女戦士セーラームーン (Bişoco Senşi Sera Mun) | |
---|---|
Janr | maho-şoco |
Manqa | |
Manqaka | Naoko Takeuçi |
Nəşriyyat | Kodansha |
Jurnal | Nakayoshi |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 28 dekabr 1991 – 3 fevral 1997 |
Cildlər | 18 (cild siyahısı) |
Anime serialları | |
| |
Anime filmləri | |
| |
Digər | |
|
Sailor Moon və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bişoco Senşi Sera Mun?, azərb. Gözəl qoruyucu Seylor Mun[1]) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş maho-şoco manqa seriyası. Manqa seriyası 1991–1997-ci illərdə "Nakayoshi" jurnalında serializasiya olunmuş, manqanın fəsilləri 18 tankobon cildində nəşr olunmuşdur. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroşi no Qinzuişo?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sera Senşi?) komandasına başçılıq edir.
Manqa seriyası əsasında "Toei Animation" tərəfindən hazırlanmış ilk anime serialı adaptasiyası 5 mövsüm davam edərək 1992–1997-ci illərdə yayımlanmışdır.[2][3] Anime serialı Azərbaycan dilinə dublaj olunaraq əvvəlcə AzTV, daha sonra Günəş TV kanalı tərəfindən "Ay savaşçısı" adı altında Azərbaycanda yayımlanmışdır. Manqanın hekayəsinə sadiq olan remeyk anime serialı "Sailor Moon Crystal" 2014–2016-cı illərdə yayımlanmış, iki davam anime filmi buraxılmışdır. Bundan əlavə, 2003-cü ildə "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. "Sailor Moon" əsasında kart oyunu, şəkillər, müzikllar, musiqilər və videooyunlar da buraxılmışdır.
"Sailor Moon" seriyasının həm manqası, həm də anime adaptasiyaları dünyada böyük uğur əldə etmişdir. Manqa seriyasının 35 milyondan çox nüsxəsi satılmışdır, bu isə manqanı dünyada ən çox satılan şoco manqa seriyasına çevirmişdir. Tənqidçilər personajların inkişafı, yumor və vizuallar görə manqanı görə müsbət qiymətləndirmişdirlər. Seriyanın 1992-ci ildə yayımlanmış anime adaptasiyası Yaponiya animasiyasının Qərb dünyasına ən çox təsir etmiş işlərindən biridir.