Sailor Moon Crystal | |
III mövsümün posteri. Ortada: Seylor Mun; aşağıda: Seylor Uran və Seylor Neptun; solda: Seylor Merkuri, Seylor Mars və Seylor Çibi Mun; sağda: Seylor Pluton, Seylor Saturn, Seylor Yupiter və Seylor Venera. | |
美少女戦士セーラームーンクリスタル (Bishōjo Senshi Sērāmūn Kurisutaru) azərb. Seylor Mun: Kristal | |
---|---|
Janr | maho-şoco |
Anime | |
Rejissor | Munehisa Sakay |
Prodüsser | Cuniçiro Tsuçiya Yuu Kaminoki |
Ssenarist | Yuci Kobayaşi |
Bəstəkar | Yasuharu Takanaşi |
Studiya | Toei Animation |
Digər lisenziyalar | Madman Entertainment Viz Media |
Kanal | Niconico, Tokyo MX |
Digər kanallar | Neon Alley |
Buraxılış tarixi | 5 iyul 2014 – 18 iyul 2015 (Niconico yayımı) 6 aprel 2015 – 28 sentyabr 2015 (Tokyo MX yayımı) |
Seriyalar | 26 (seriya siyahısı) |
Anime | |
Rejissor | Çiaki Kon |
Prodüsser | Cuniçiro Tsuçiya Ruka Tanaka |
Ssenarist | Yuci Kobayaşi |
Bəstəkar | Yasuharu Takanaşi |
Studiya | Toei Animation |
Digər lisenziyalar | Madman Entertainment Viz Media |
Kanal | Tokyo MX |
Digər kanallar | Neon Alley |
Buraxılış tarixi | 4 aprel 2016 – 27 iyun 2016 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Sailor Moon Crystal: Dream, Part One | |
Studiya | Toei Animation |
Anime | |
Sailor Moon Crystal: Dream, Part Two | |
Studiya | Toei Animation |
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal, Bishōjo Senshi Sērā Mūn Kurisutaru?, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası.[1] Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır.[2][3] 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir.[1][4][5] Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir.[6] Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir.[7]
Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir.[8][9] Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır.[10][11][12] 2014-cü ilin mayında Viz Media animeni Şimali Amerikada[13] ingiliscə yayınlanması üçün lisenziyalaşdırmışdır. Şimali Amerikada Hulu,[14][15] Crunchyroll və North Valley vasitəsilə göstərilir.[16] Bununla yanaşı Viz Media anime serialının ilk seriyasının Seylor Munun ad gününü qeyd etmək üçün Los-Ancelesdə keçirilən Anime Ekspo Festivalında göstərilməsini təşkil etmişdir.[17]