Samuel Hantinqton | |
---|---|
ing. Samuel P. Huntington | |
Doğum adı | Samuel Phillips Huntington |
Doğum tarixi | 18 aprel 1927[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 2008[3][1][…] (81 yaşında) |
Vəfat səbəbi | şəkərli diabet |
Elm sahəsi | beynəlxalq münasibətlər |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirmələri | Frensis Fukuyama, Con Mirşaymer |
Tanınır | "Sivilizasiyaların toqquşması" (ing. Clash of Civilizations) |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[1][2][…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 2008[3][1][…]) — məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid problemləri üzrə tanınmış mütəxəssis.
1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür. Bundan əlavə, o çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifi, "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olmuşdur.
24 dekabr 2008-ci ildə 81 yaşında Massaçusets ştatındakı Martas-Vinyard qəsəbəsində dünyasını dəyişib.