San Fermin | |
---|---|
isp. Sanfermines, San Fermín | |
| |
Başlayır | 6 iyul; 12:00 (CET) |
Bitir | 15 iyul; 00:00 (CET) |
Yer | Pamplona, Navarra, İspaniya |
Ölkə |
![]() |
Himayədar(lar) | Fermin |
![]() |
San Fermin festivalı (isp. San Fermín) — İspaniyanın Pamplona şəhərində, Navarra bölgəsində hər il keçirilən, bir həftəlik ənənəvi bayram. Bayramlar 6 iyul saat 12:00-da başlayır və 14 iyul gecə yarısına qədər davam edir. Bayramı başlatmaq üçün çüpinazo adlı atəşfəşanlıq keçirilir və bayramın sonunda populyar "Pobre de mí" mahnısı oxunur.
Bayramın ən məşhur hadisəsi öküz qovalamacadır (ing. running of the bulls), bu hadisə hər gün 7–14 iyul tarixləri arasında səhər saat 8-də başlayır, amma festival bir çox başqa ənənəvi və folklorik tədbirləri də əhatə edir. Yerli sakinlər festivalı ispanca Sanfermines və bask dilində Sanferminac adlandırırlar. Festival Navarranın himayədarı olan San Ferminin şərəfinə keçirilir.